Tarkan ilk dəfə qızının üzünü göstərdi – FOTO

Hazırda oxunan: Tarkan ilk dəfə qızının üzünü göstərdi – FOTO

79953

Ötən həftə "Disney plus"un təqdimat gecəsindən səhnə perfomansı ilə gündəmə gələn Türkiyənin meqastarı Tarkan Tevetoğlu ilk dəfə qızı Liyanın üzünü göstərib.

Bizim.Media xəbər verir ki, dəniz sahilində gəzərkən qızını çiyninə alan sənətçi çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Tarkan atalıq hisslərini bu cür ifadə edib.

"Ən qiymətlim, hər şeyim qızım. Səninlə birlikdə içimdəki uşağı yenidən böyütdüyümü, onu sevməyi yenidən öyrəndiyimi, varlığınla yaralarımın hər gün bir az da sağaldığını, əslində yenidən doğulduğumu bilirsən? Keçmişdə qaranlıqda qeyb olan ruhumun işığını səninlə yenidən gördüm. Atalıq nədir hələ yeni-yeni başa düşür və öyrənirəm. Arada ilişib yıxıldığımı, səhvlər etdiyimi, amma hər nəfəsimdə daha yaxşı ata olmaq üçün çalışıram, səy göstərirəm".

Qeyd edək ki, Tarkan Tevetoğlu Pınar adlı xanımla 2017-ci ildə ailə qurub. Aşiqlərin bir il sonra Liya adlı qızı dünyaya gəlib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin