Rusiya ictimaiyyətini şoka salan Tokayev İrana getdi

Hazırda oxunan: Rusiya ictimaiyyətini şoka salan Tokayev İrana getdi

79933

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.

Bizim.Media İranın Prezident Administrasiyasının açıqlamasına istinadən xəbər verir ki, səfər çərçivəsində prezidentlərin görüşü ilə yanaşı, Kasım-Jomart Tokayevin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub.

MÖVZU İLƏ BAĞLI:

Tokayev Kadırova cavab verdi - VİDEO


Eyni zamanda, İran ilə Qazaxıstan arasında tranzit, ticarət, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlər imzalanacaq.

Prezidentlərin görüşündə regional təhlükəsizlik məsələsi də müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Tokayev Sankt-Peterburq şəhərində prezident Vladimir Putinlə keçirdiyi mətbuat konfrasında Rusiya ictimaiyyətini şoka salan açıqlama verərək “kvazi-dövlətləri”, yəni qondarma rejimləri (Cənubi Osetiya, Abxaziya, Donetsk və Luqansk Xalq Respublikaları” dövlət kimi tanımayacağını qətiyyətlə bildirib.

Çeçenistan rəhbəri Ramzan Kadırov onu bu açıqlamasına görə qınayıb:

“Rusiyaya dəstək lazım olanda hamı susur. Siz sanksiyalardan qorxursunuz”.

Qazaxıstan lideri isə “Rusiya Qazaxıstanı xilas etdi və Qazaxıstan indi əbədi olaraq Rusiyanın ayaqları qarşısında əyilməlidir?  Hesab edirəm ki, bunlar tamamilə əsassız arqumentlərdir” deyərək Kadırovun cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin