Günün qoroskopu - Dəstək görməyə bilərsiniz

Hazırda oxunan: Günün qoroskopu - Dəstək görməyə bilərsiniz

7987

Ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcək

Bizim.Media məşhur ulduz falı portallarına istinadən günün qoroskopunu təqdim edir:

Qoç - təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.

Buğa - köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın. Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əkizlər - rəvan olmayan, həyəcanlar və emosiyalarla dolu gündür. Təxminlənməyən, qəfil hadisələrin sayını minimuma salın. Riskə getməyin, oraqnizminiz üçün ifrat yük ola biləcək heç nə etməyin.

Xərçəng - təmaslar zamanı təmkinli və sakit olun. Əks təqdirdə münaqişələr qaçılmazdır. İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın.

Şir - əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.

Qız -  planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür.

Tərəzi - təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun. Belə olarsa, gün müşkül keçməyəcək.

Əqrəb - fikrinizi ən önəmli məsələnin həllinə yönəldin, ikinci dərəcəli detallara diqqət ayırmayın. Bacardığınızdan artıq iş görməyə çalışamyın. Pozitiv əhval-ruhiyyənizi pozmayın.

Oxatan - səhhət üçün problemli gündür. Yuxusuz qalmayın, qan təzyiqinizə fikrir verin. Xarici görkəminizə daha çox diqqət ayırın. Valideynlərlə əlaqə saxlayın. Onların sizin dəstək, qayğı və diqqətinizə ehtiyacları var.

Oğlaq - yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.

Dolça - hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür. İtki verə biləcəyiniz tədbirlərə qatılmayın. Hadisələrə müdaxilə etməsəniz gün yaxşı alınacaq.

Balıqlar - gün ərzində yaşanacaq uğurlar və uğursuzluqlar əsas yolun göstəricisidir. Məqsədə doğru necə hərəkət etdiyinizi dəqiqləşdirə bilərsiniz. Seçim etməklə bağlı situasiya yaranarsa, itkilərlə qarşılaşa bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin