"SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Musk Mars planetində muxtar şəhər qurmaqla bağlı niyyətinin ciddiliyini nümayiş etdirmək üçün bütün əmlakını satmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Mask bunu "Business Insider"ə verdiyi müsahibəsində deyib.
"Şirkətlərin səhmlərini nəzərə almasaq, mənim maliyyə baxımından praktiki olaraq qiymətli heç bir şeyim olmayacaq".
O, sözün əsl mənasında evsiz qalacağını da qeyd edib. Bildirilir ki, Mask keçən il bir neçə qiymətli daşınmaz əmlakını da satıb.
"Düşünürəm ki, bəşəriyyətin kosmik sivilizasiyaya və planetlərarası bir növə çevrilməsi vacibdir. Və Marsda bir şəhər salmaq üçün çoxlu resurslar lazım olacaq", - deyə "Business Insider" iş adamından sitat gətirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:53 / 10.01.2021
İlon Maskın Mars planları - Açıqlama
Hazırda oxunan: İlon Maskın Mars planları - Açıqlama
Hazırda oxunan: İlon Maskın Mars planları - Açıqlama
7985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.