Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb.
Həmçinin, Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 18.06.2022
Ötən sutka 78 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO
Hazırda oxunan: Ötən sutka 78 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO
Hazırda oxunan: Ötən sutka 78 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO
79820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.