Bu gün xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə onlayn formatda görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Nazirlər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü
Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
O, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını qeyd edib. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin davam etməsinin önəmi səsləndirilib.
Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media