Güləş üzrə Avropa ikincisi olan Vədat Qasımlı doğulduğu Beyləqan rayonuna dönüb.
Bizim.Media xəbər verir ki, o, ilk olaraq Beyləqan Şəhidlər Xiyabanını ziyarət edib.
Ehtiram əlaməti olaraq, yarışda qazandığı gümüş medalı şəhid övladının boynundan asıb.
Vədat Qasımlı Rumıniyada keçirilən Yunan-Roma güləşi üzrə 51 kq çəki dərəcəsində ikinci yerin sahibi olub. Güləşçimiz yarımfinalda erməni idmançısını böyük fərqlə məğlub edib. Vədatın məşqçisi Kamil Fərzəliyev Bizim.Media-nın Qarabağ bürosuna idmançımızdan qızıl medal gözlədiyini deyib.
O, gənc idmançının beynəlxalq yarışlarda ilk çıxışı olduğu və erməni idmançı üzərində böyük fərqlə qələbə qazandığı üçün nəticəni qənaətbəxş hesab etmək olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, sözügedən idmançı yaxın zamanlarda Dünya Çempionatına da qatılacaq.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
İdman
17:29 / 17.06.2022
Güləş üzrə Avropa ikincisi medalını şəhid övladının boynundan asdı
Hazırda oxunan: Güləş üzrə Avropa ikincisi medalını şəhid övladının boynundan asdı
Hazırda oxunan: Güləş üzrə Avropa ikincisi medalını şəhid övladının boynundan asdı
79750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.