“Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur. Qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir. Bu azyaşlı övladı olan ailələrə şamil edilir. Ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu reallıqda iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
“Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Qadın həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Belə ailələr kütləvi deyil, amma problemləri çox ağırdır, - deyə deputat əlavə edib.
R.Nurulayev təklif edib ki, müvafiq qanunlara düzəliş edilsin və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın.
Millətvəkili sözügedən məsələnin araşdırılmasını da xahiş edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 17.06.2022
“Müharibə əlilləri dünyasını dəyişdikdən sonra pensiyaları xanımlarına verilsin” – TƏKLİF
Hazırda oxunan: “Müharibə əlilləri dünyasını dəyişdikdən sonra pensiyaları xanımlarına verilsin” – TƏKLİF
Hazırda oxunan: “Müharibə əlilləri dünyasını dəyişdikdən sonra pensiyaları xanımlarına verilsin” – TƏKLİF
79668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.