Razi Nurulayevdən TƏKLİF – “Dövlət Qarabağda yalnız ehtiyacı olanlara ev tiksin”  

Hazırda oxunan: Razi Nurulayevdən TƏKLİF – “Dövlət Qarabağda yalnız ehtiyacı olanlara ev tiksin”  

79650

“Qarabağda gözəl quruculuq işləri gedir və buna çox sevinirik! Azad olunan ərazilərimiz də çox böyükdür. Bu boyda ərazinin dövlətin öz gücü ilə inşa etməsi uzun zaman çəkə bilər. Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə doğru da deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.  

“Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin. Aidiyyəti qurum layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar”, - deyə Razi Nurullayev əlavə edib.  

Deputat təklif edib ki, dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın, Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit versin, şərait yaratsın.  
“Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik. Mən aidiyyəti qurumlara müraciət edirəm ki, əgər belə planlar varsa, Milli Məclisin deputatlarını da məlumatlandırsınlar. Fikir deyilə bilər ki, cənab Prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyirəm. Elə Bakı və ətrafının xaosu gözümüz önündədir. Prezident bunu deyib.

Necə gəldi tikinti yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə. Mən də bunu təklif edirəm.

Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, bunlar birinci evləri olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin