“700 bal yığan tələbələrin faydasını görə bilmirik” - Eks millət vəkili qurumlara  səsləndi

Hazırda oxunan: “700 bal yığan tələbələrin faydasını görə bilmirik” - Eks millət vəkili qurumlara  səsləndi

79637

Təhsil üzrə ekspert Şahlar Əsgərov Bizim.Media-ya verdiyi açıqlamada  700 bal yığan tələbələrin ölkəni tərk etməsindən gileylənib. Ekspert bildirib ki, yüksək bal yığan tələbələrin xarici təhsilə üstünlük verməsi əslində çox ciddi problemdir.

“DİM hər il keçirilən imtahanlarda 700 bal yığan tələbələrin adını açıqlayır. Amma bir neçə il sonra həmin tələbələrin adına heç harada rast gəlinmir və cəmiyyətə faydalarını görə bilmirik. 700 bal çevik hafizənin bacarıq və biliklə birləşən göstəricisidirsə, bəs nə üçün o tələbələrin taleyinə biganə yanaşırıq?

Yaxşı olardı ki, qurumlar bir neçə il sonra da bu tələbələrlə bağlı məlumat versinlər. 

20 il öncə testdən 700 bal toplamış və ulu öndər Heydər Əliyevin təbrikinə layiq görülmüş Rüfət Qaralov indi ölkəmizdə yox, ABŞ-da yaşayır. Bizim istedadlı və savadlı gənclərin əksəriyyəti Rüfətin yolunu seçirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Subbakalavrlar niyə özlərini doğrulda bilmir? - Ekspert səbəbləri AÇIQLADI


Yüksək bal toplayan tələbələrin xaricə olan axınının qarşısını almaq üçün yeni proqramlar hazırlanmasına ehtiyac olduğunu qeyd edən ekspert, bunun üçün Finlandiya, Yaponiya, xüsusən də İsrailin istifadə etdiyi üsulların əlverişli olduğunu bildirib və uzun illər öncə İsrailin sabiq baş naziri Qolda Meirin İsraildə sınaqdan keçirdiyi üsulları təklif edib:

“Qərbi Avropanın İsveçrə kimi kiçik dövlət Fransa və Almaniyanın yanında ona görə rahat yaşaya bilir ki, onun güclü təhsil sistemi var.

Uğurlu təhsil sistemi bir növ Azərbaycanın rifahının qarantıdır. Gənc beyinlərin ölkəni tərk etməsi fonunda yaranan mürəkkəb vəziyyəti başa düşmək çox vacibdir və buna aydınlıq gətirmək üçün mən “eknofizik” baxışlardan istifadə edərdim. Gənclərin öz doğma torpaqlarını tərk edərək xaricə getməsi enerjili molekulların səthi tərk edib buxarlanmasına bənzəyir. Millətin işıqlı və zəkalı insanlarının xaricə getməsi toplumda bilik(işıq )qıtlığı yaradır ki, bu da mayenin soyumasına bənzəyir.Yəni parlaq gənclərin toplumdan buxarlanması(ölkədən getməsi ) toplumun bilik səviyyəsini endirərək cahilləşdirir.

Bunun üçün İsrailin xanım nazirinin dediyi kimi cəmi iki addım atmaq lazımdır:

1.Korrupsiyaya qarşı çox ciddi mübarizə aparmaq. 

2.Müəllimlərin, həkimlərin və hərbiçilərin maaşlarını yüksəltmək.

Adlarını sadaladığım üç kateqoriyaya aid insanlar isə bir növ müstəqil  və  güclü cəmiyyətin keşikçiləridir. Həkimlər sağlamlığımızı, hərbiçilər ərazi bütövlüyümüzü qoruduqları kimi müəllimlər də təhsilimizi qoruyurlar”- deyə ekspert fikirlərini yekunlaşdırıb. 

Leyla Şah,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin