Hikmət Hacıyev Şuşa Bəyannaməsindən DANIŞDI: “Müttəfiqliyimizi qanun halına gətirib”

Hazırda oxunan: Hikmət Hacıyev Şuşa Bəyannaməsindən DANIŞDI: “Müttəfiqliyimizi qanun halına gətirib”

79634

“Şuşa Bəyannaməsi zaman və məkan baxımından çox fərqli əhəmiyyətə sahibdir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Akşam TV”yə müsahibəsində qardaş ölkənin Azərbaycanla münasibətlərindən danışarkən deyib. 

O bildirib ki, Şuşa Bəyannaməsi siyasi, geosiyasi və simvolik olaraq əhəmiyyət daşıyır:  

“Bu bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlir. O, bizim müttəfiqliyimizi bir qanun halına gətirib. Bu mövzunu xüsusi olaraq vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərib”.  
O qeyd edib ki, dünyanın nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyənin stratejik olaraq da dostluğunun önəmli olduğunu vurğulamaq lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin