"Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün önəmlidir" - Hikmət Hacıyev 

Hazırda oxunan: "Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün önəmlidir" - Hikmət Hacıyev 

79629

“Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına rəğmən savaşırlar. Bizim etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün də örnəkdir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Akşam TV”yə müsahibəsində bu ölkənin Azərbaycanla münasibətlərindən danışarkən deyib. 

“Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq hər kəs üçün çox önəmlidir. Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq” – deyə Hacıyev qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir: 

“Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır. Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim ittifaqımızı qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi". 
“Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq”, - H.Hacıyev əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin