“AzerGold”un Müşahidə Şurasının iclası keçirildi - FOTO

Hazırda oxunan: “AzerGold”un Müşahidə Şurasının iclası keçirildi - FOTO

79618

“AzerGold” QSC-nin yeni tərkibdə formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.

Bizim.Media-nın “AzerGold”a istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının yeni sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən nizamnamə kapitalının artırılması, strateji inkişaf, maliyyə-investisiya, istehsalat və kadr məsələləri ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən M.Eynullayev bildirib ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət ilə ölkəmizin qeyri-neft sektorunun inkişafında, qeyri-neft ixracı potensialının artırılmasında önəmli rol oynayır.

M.Eynullayev Azərbaycan İnvestisiya Holdinqi tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd edib.

O, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İclasda Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin