Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.
Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:44 / 16.06.2022
Bakı-Sumqayıt qatarı niyə ləngiyib? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bakı-Sumqayıt qatarı niyə ləngiyib? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bakı-Sumqayıt qatarı niyə ləngiyib? - RƏSMİ AÇIQLAMA
79602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.