Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda bildirib.
“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün an aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm”, - deyə Baş nazir vurğulayıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da “Twitter” hesabında bununla bağlı paylaşım edərək “Məktub mühüm məsələləri əhatə edir: Ukrayna, enerji təhlükəsizliyi və yaşıl enerji, minatəmizləmə, iqtisadiyyatın bərpası və Azərbaycanın NATO-ya dəstəyi”, - deyə əlavə edib.
Bizim.Media