Tofiq Zülfüqarovdan 1998-ci il danışıqlarının DETALLARI – “Ermənistan o vaxtdan buna razılıq vermişdi”

Hazırda oxunan: Tofiq Zülfüqarovdan 1998-ci il danışıqlarının DETALLARI – “Ermənistan o vaxtdan buna razılıq vermişdi”

79525

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan mayın 15-də parlamentdə çıxışı zamanı Ermənistanın eks-prezidenti Robert Köçəryanın hələ 1998-ci il danışıqlarında Qarabağın Azərbaycanın tərkibinə verilməsinə razılıq verdiyini açıqlayıb.

Paşinyan əlavə edib ki, həmin dövrdə Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşı kimi qəbul olunmasına keçmiş hakimiyyət hər hansı etiraz bildirməyib.

Həmin dövrdə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Zülfüqarov Bizim.Media-ya açıqlamasında danışıqlar masasında müzakirə olunan bir sıra mətləblərə aydınlıq gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ölkə kimi ermənilər üçün maraqlı deyil” - MÜSAHİBƏ


“Həmin dövrdə, Dağlıq Qarabağ münqaişəsinin həlli üçün birinci, ikinci və üçüncü təkliflər paketi irəli sürülmüşdü ki, onlar konseptual tezislərdən ibarət idi. Orada bəzi nüanslarda göstərilirdi ki, status məsələsinə baxılması və onun təsdiq olunmasına Azərbaycan qanunvericiliyinə əsasən həll olunmalı idi. Bundan əlavə hansısa referendumun keçirilməsi məsələsi də öz əksini tapmışdı. Yəqin ki, Paşinyan bunu nəzərdə tutub. 

Lakin açıq danışmaq lazımdır ki, Ermənistan hakimiyyətləri həmişə bunu qəbul ediblər. Buna rəğmən, onların əsas məqsədi status məsələsini sonradan danışıqlar yolu ilə dəyişdirməkdən ibarət idi”.

Sabiq nazirin sözlərinə görə, indiki situasiyada bu cür açıqlamalar Ermənistandakı daxili siyasi vəziyyətdən irəli gəlir:

“Ermənistanda daxili siyasi çəkişmələr güclənir. Hələ bu cür qarşılıqlı ittihamlar çox olacaq. Əslinə qalsa, bütün bu addımların əsas məqsədi ondan ibarət olmuşdu ki, iddialar nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin hamısını anneksiya (başqa dövlətin ərazisini qeyri-hüquqi yolla özünə birləşdirmə) eləsinlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin