Ərzaq təhlükəsizliyi üçün aqrar sektora yeni nəfəsi necə vermək olar?! - AÇIQLAMA

Hazırda oxunan: Ərzaq təhlükəsizliyi üçün aqrar sektora yeni nəfəsi necə vermək olar?! - AÇIQLAMA

79479

Üç ilə yaxın davam edən pandemiya, ardınca isə Ukrayna-Rusiya münaqişəsinin başlaması dünya ərzaq zəncirinə böyük zərbə vurdu. Logistik problemlər və qıtlıq fonunda kəskin bahalaşma davam edir.

Təbii ki, digər dövlətlər kimi Azərbaycan da öz ərzaq təhlükəsizliyini təmin etməli və daxili bazarı qorumaq üçün idxaldan asılılığı azaltmalıdır. Çünki, kənd təsərrüfatının canlandırılması və istehsal zəncirinin qurulması ilə bağlı hələ də problemlər var.

Hazırda qida sektorunda idxalın payı kifayət qədər çoxdur. Hələlik yumurta və toyuq ətinə olan ehtiyaclarımızı yerli istehsal hesabına ödəyə bilirik. Ən əsası ərzaqlıq buğda sarıdan idxaldan asılılığımız xeyli yüksəkdir. Çörəyə olan ehtiyacımızın təxminən 40 faizi idxal hesabına ödənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Mövsümi meyvələrin qiyməti niyə ucuzlaşmır? - SƏBƏB


Fermer kredit yox, dövriyyə vəsaiti istəyir

Son vaxtlar dünya bazarında neft və qazın satış qiymətinin xeyli artması hökümətə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təminatı üçün əlavə  fürsətlər yaradır. Məlumdur ki, aqrar sektorda çalışanlar üçün ən başlıca problem dövriyyə vəsaitidir.

Fermerə hər dəqiqə pul lazım ola bilir. Və bunun üçün hər gün banka getmək uzun və yaxud qısa müddətli kredit götürmək fermerə sərf eləmir. Çünki, bu həm vaxt itkisidir, həm də əlavə xərcdir. Mütəxəssislər belə hesab edir ki, indiki şəraitdə hər bir fermerə bank hesabı açıb, ora dövriyyə vəsaiti üçün müəyyən vəsait yükləmək olar.

İstifadə olunan vəsaitə isə simvolik faizlər hesablamaq da mümkündür. Xərclənməyən vəsaitə isə faiz hesablanmamalıdır. Məhz bu zaman fermerin əl –qolu açılar.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Azərbaycanda qeyri-neft sektorunun əsas lokomativi aqrar sektor sayılır. Bu sektor həm də ölkənin ərzaq təhlükəsizliyində konkret pay sahibidir.

Ona görə də bu sahəyə xüsusi yanaşma olmalıdır. Çünki, bu sektora kommersiya kreditləri həddindən artıq çətin şərtlərlə verilir. Birincisi qısamüddətli olur, ikincisi faizlər çox yüksəkdir. Bu isə fermerə sərf eləmir. Üstəlik kommersiya bankları bütün hallarda fermerdən yüksək dəyərli girov tələb edir.
Bütün fermerlərdə isə yüksək dəyərli girov olmur. Ona görə də indiki şəraitdə "Aqrar bank"ın yaradılması yerinə düşərdi”.

İqtisadçının fikrincə, bu məsələdə hökümətin əsas görməli olduğu iş bu gün artan neft gəlirlərinin bir qismini "Aqrar bank"-a yönəltməkdir. Məhz yeni yaradılacaq bank kənd təsərrüfatını aşağı faizli və uzunmüddətli kreditlərlə təmin edə bilər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin