Oğurluğa getdiyi mənzildən özünü atdı - Mingəçevirdə qəribə olay  

Hazırda oxunan: Oğurluğa getdiyi mənzildən özünü atdı - Mingəçevirdə qəribə olay  

79474

Mingəçevirdə ağır xəsarətlərlə xəstəxanaya şəhər sakini gətirilib.

Yaralı 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılıb.

Bizim.Media-nın məlumatına görə, hadisə gecə saatlarında Sahil parkı ərazisində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan şəxs bildirib ki, 5-ci mərtəbədən 2-ci mərtəbədəki dəmir maneələrin üzərinə yıxılıb, oradan da yerə çırpılıb.  

Yaralı həmin binada yaşamır. Onun rəsmi portalda kimliyi özünü təqdim etdiyi kimi təsdiqini tapmır. Şəxsin hansısa mənzillərdən birinə oğurluğa girdiyi və sonra məcburi qaydada özünü oradan yerə atdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin