Azərbaycanda "WhatsApp" istifadəçilərinin vəziyyəti necə olacaq? - SORĞU

Hazırda oxunan: Azərbaycanda "WhatsApp" istifadəçilərinin vəziyyəti necə olacaq? - SORĞU

7943

Bir neçə gün əvvəl "WhatsApp" istifadəçilərinin məlumatları “Facebook”a ötürüləcəyi haqda istifadəçilərə bildiriş gəlib. Bildirilişdə izah olunur ki, istifadəçilərin şəxsi nömrəsi və şəxsi yazışmaları "Facebook" tərəfindən qeydə alınacaq. 

Bu qərar anında sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Belə ki, əksəriyyət "WhatsApp" hesabını silmək qərarına gəlib. 

Elə bu yaxınlarda Teslanın rəhbəri İlon Mask "WhatsApp"ın insanların şəxsi bilgilərini götürəcəyi haqqında məlumatdan sonra ""Signal" istifadə edin" deyə tvitterdə paylaşım edib.

Bizim.Media bu mövzuda ekspert və istifadəçilərin fikrini öyrənib. 

Sosial media mütəxəssisi, Orxan Rzayev Facebook şirkətinin dünyanın ən böyük auditoriyalarına sahib platformaları özündə cəmlədiyini və bunun çox böyük güc olduğunu bildirib.

Ekspert  şirkətin bu gücündən maksimum istifadə etməyə, maksimum gəlir əldə etməyə çalışıcağını bildirib.   

Orxan Rzayev qeyd etdi ki, Whatsapp-ın belə bir yeniliyi başda kifayət qədər narazılığa səbəb olacaq:

“Çünki elanda qeyd edilir ki, fevralın 8-dən etibarən məcburi qaydada istifadəçilərin whatsapp yazışmaları analiz edilə, Facebook-un partnyorları ilə bölüşülə, reklam və s. məqsədlər üçün istifadə edilə bilər. Buraya bizim mesajlarımızdan əlavə, bir-birimizə göndərdiyimiz telefon nömrələri, ünvanlar və s. digər məlumatlar da daxildir”. 

Mütəxəsis düşünür ki, amma  bu, Whatsapp-ın populyarlığına ciddi təsir etməyəcək.

"Əvvəldə qeyd etdiyim kimi, Zükerberqin əlində fantastik media gücü var və bu gücə güvənərək bu addımları atır." deyə fikrini tamamlayıb.

Bəs Azərbaycanlı istifadəçilər bu haqda nə düşünür? 

Tərcüməçi redaktor Faiq Mahmudov hesab edir ki, ümumiyyətlə sosial şəbəkələrdə özünüz haqqında çox az paylaşım edin.

Jurnalist heç bir sosial şəbəkədə eləcə də "Facebook"da şəxsi hesab etdiyi məlumatlarını paylaşmadığını sorğumuz zamanı qeyd edib.

O,  "Ad, soyad, email və nömrəmi isə həm lokal həm də beynəlxaql səviyyədə əməkdaşlıq etdiyim şəxslər və şirkətlər bilir. Şəbəkələrdə şəxsi məlumatları qeyd edərkən onun 3-cü tərəfə ötürülməsi zamanı hansı risklərin yaranması ehtimalını nəzərə alıb təhlil edirəm. Bu baxımdan hansısa sosial şəbəkənin "Məlumat paylaşması" siyasətinə qarşı həssaslığım yoxdur"- deyə əlavə edib.

Tədris müəssəsinin rəhbəri Orxan Salmanov vurğulayib ki, onsuzda məlumatlarımız sosial şəbəkələr tərəfindən çoxdan götürülürüb:

"Bu qaydalarla razılaşsaq həyatımızda xüsusi dəyişikliklər olmayacaq. Günümüzdə datalarımızdan bir çox yerlərdə istifadə olunur". 

Təlimçi Günay Miri isə belə bir bildirişin ona gəlmədiyini deyib:

"Mən "WhatsApp plus" istifadə edirəm. Əgər dediyiniz kimi olsa yenə də istifadə edəcəm. Şəxsi məlumatların götürülməsi düzgün deyil, amma bir çox insanla yalnız "WhatsApp" ilə əlaqə qura bilirəm”.

Tələbə olan Sabir Etibarlı "WhatsApp"ın yeni qaydalarını artıq qəbul etdiyini bildirib.

Onun fikrincə bir çox insanların mənasız "izlənmə" fobiyası var:
 

"Onsuzda izlənirik, onsuz da siravi adamam, mənim məlumatlarımın çox böyük əhəmiyyəti yoxdur".

İctimaii fəal Elsevər Seyid qəbul etmiyəcəyini və "WhatsApp"ı siləcəyini bildirib, "Biz gərək yerli sosial şəbəkə yaradaq" deyib.

Sosial fəal Səddam Məmmədov qərar vermədiyini bildirib: "Hələlik bir müddət işlədəcəyəm, lakin sonra "Telegrama" keçməyi düşünürəm". 

Vüqar Ağamalıoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin