Paşinyan: “Köçəryan və Sarkisyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

Hazırda oxunan: Paşinyan: “Köçəryan və Sarkisyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

79412

“Danışıqlar prosesinin bütün tarixi ərzində Robert Köçəryan və Serj Sarkisyan və onların siyasi peyki Daşnaksütyun Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” prinsipini rəhbər tutmayıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1998-ci ildə Robert Köçəryanın rəhbərlik etdiyi hakimiyyət ATƏT-in Minsk Qrupu həmsədrlərinin qondarma “dövlət”lə bağlı təklifinə razılıq verib.

O sənəddə deyilir ki, “Dağlıq Qarabağ” inzibati-ərazi vahidi kimi Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil edir.

Həmin sənəddə deyilir ki, “Arsax” (Qarabağdakı qondarma rejim) sakinlərinin xüsusi işarələri olan Azərbaycan pasportu olacaq.
"Köçəryan, Sarkisyan və Daşnaksütyun partiyasının bundan xəbəri var idi. Qəribədir ki, onlar həmsədrlərin “Arsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı ilə bağlı təklifinə cavab verməyiblər. Əksinə, “Arsax”ın Azərbaycanın bir hissəsi olması ilə razılaşıblar”, - Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin