Uşaqlar arasında naməlum VİRUS yayılıb - Pediatrdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Uşaqlar arasında naməlum VİRUS yayılıb - Pediatrdan XƏBƏRDARLIQ

79382

Uşaqlar arasında bir neçə ay əvvəl yayılan naməlum virus yenidən aktivləşib. Son günlər daha çox körpə yaşlı uşaqlar arasında hərarət, boğaz ağrısı, qusma, ishal əlamətləri ilə müşayiət olunan qəribə infeksion xəstəlik dolaşır. 

Yayılan kəskin respirator xəstəliklərdən valideynlər narahatlıq hissi keçirməyə başlayıb. İnfeksiyanın COVID əlamələri ilə üst-üstə düşməsi narahatlığı bir qədər də artırıb.

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında epidemioloji baxımdan təhlükəli vəziyyətin olmadığını bildirib:

“İndi yayılan virusun COVID-lə əlaqəsi yoxdur. Ayrıca bir virusdur və həmişə olub. Sadəcə olaraq körpə yaşlı uşaqları dərhal həkimə göstərmək lazımdır. Çünki uşaqlar qusma və ishalla maye itirir. Bu da onların sağlamlığı üçün təhlükə yaradır. Körpə uşaqların evdə müalicəsi qəbulolunmazdır. 

Həkim onu da əlavə edib ki, allergiyadan əziyyət çəkən uşaqların əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Ona görə də həmin kateqoriyaya aid olanlar daha diqqətli və məsuliyyətli olmalıdırlar.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin