Bir çoxlarımız
azÉ™rbaycanlı tÉ™dqiqatçı RövÅŸÉ™n Æx8fliyevi dini mÉ™tnlÉ™rÉ™, tarixÉ™ vÉ™ mÉ™dÉ™niyyÉ™tÉ™
fərqli baxışlarıyla bağlı ölkə mətbuatına verdiyi açıqlamalarından tanıdı. Bir
növ dünyanın yeni dərk nəzəriyyəsi kimi ortaya çıxan bu düşüncələr indiyə qədər
oturuşmuş elmi mülahizə və görüşləri tamamilə çürütmək iddiasındadır. Sözü
gedən yeni düşüncə sistemində dinlə elmi düşüncə birləşdirilir, bir çox
məsələlərə yeni aspektdən yanaşılır.
Bizim üçün ən
maraqlı cəhətlərdən biri isə irəli sürülən bu fikirlərin Azərbaycan coğrafiyası
ilə bağlılığıdır. Müəllif Alban tarixiylə bağlı araşdırmalarının coğrafiyamızın
ilk sakinləri olduğunu irəli sürənlərə ən yaxşı cavab olduğunu iddia edir.
RövÅŸÉ™n Æx8fliyev
bu çalışmalarının təqdimatını yalnız Azərbaycan sərhədləri daxiliylə də məhdudlaşdırmaq
istəmir. Yazıb ərsəyə gətirdiyi əsərlərini bir neçə dilə tərcümə etdirən Rövşən
Æx8fliyev öz fikirlÉ™riylÉ™ rus, türk, ingilis, É™rÉ™b oxucularını da mÉ™lumatlandırmaq
niyyətindədir.
Tədqiqatçıya bu
çətin işdə dəstək verməkdə əlindən gələni əsirgəməyən iqtisadçı ekspert Elçin
Qurbanovun fikrincÉ™, RövÅŸÉ™n Æx8fliyevin tilavÉ™ti
dünyaya bəyan ediləcək son hikmətdir. Tədqiqata önəm verməsinin
səbəblərinə gəlincə, ekspert onun irəli sürdüyü bütün iddialarla razılaşdığını
deyÉ™rÉ™k bildirir: “RövÅŸÉ™n Æx8fliyev yanlız bir araÅŸdırmaçı da deyil, O, hÉ™qiqi
tilavətçidir. Onun ortaya çıxartdığı bir sıra həqiqətlər insanlıq tarixinə və
bəşər təfəkkürünə böyük töhfələr
verÉ™cÉ™k. ElÉ™ buna görÉ™ dÉ™ hÉ™min xeyirli iÅŸdÉ™n kÉ™narda qala bilmÉ™zdim. Æx8flimdÉ™n
nÉ™ gÉ™lirsÉ™, É™sirgÉ™mÉ™yÉ™cÉ™k, RövÅŸÉ™n bÉ™yi tÉ™k buraxmayacaÄŸamâ€x9d.
Rövşən
Æx8fliyevin apardığı tÉ™dqiqatların dünyada
bir ilk olduğuna inanan Elçin Qurbanova görə, bu səylər nəticəsində çox
mətləblərə işıq tutulub və tutulacaq: “İndiyə qədər bütün dünya
tədqiqatçılarının və bir sıra siyasi və ictimai xadimlərin axtardığı, dini
mÉ™tnlÉ™rdÉ™,É™fsanÉ™lÉ™rdÉ™ adı keçən, Quranda isÉ™ ÅŸifrÉ™lÉ™nmiÅŸ “Qafâ€x9d dağının tapılması, HÉ™zrÉ™ti Musaya
verilən lövhənin və Lövhi-Məhfuzun sirlərinin açılışı,Qız qalası, Atəşgahın
möcüzələrinin, Adəm və İblis anlayışının gerçəkliyinin dünyaya bəyan edilməsi təkcə bir araşdırma mövzusu
deyil, hÉ™m dÉ™ bir MehdiyyÉ™dirâ€x9d.
Tədqiqatçının
qÉ™lÉ™mÉ™ aldığı “Son HikmÉ™tâ€x9d sÉ™nÉ™dli filminin ssenarisinin dÉ™ hazır olduÄŸunu
bildirən həmsöhbətimiz onun artıq rus dilinə tərcümə olub izləyicilərin
ixtiyarına verildiyini dedi. Onun bildirdiyinə görə, yaxın günlərdə filmin
Azərbaycan dilindəki versiyası da ictimaiyyətə təqdim eiləcək.
Azərbaycan
É™halisinin önÉ™mli qisminin rus dilindÉ™ bildiyini nÉ™zÉ™rÉ™ alıb “Son idrakâ€x9d
sənədli filminin bu dildəki versiyasını təqdim edirik:
































































































