Şurnuxu kəndindən yeni XƏBƏR VAR – Köçən ermənilər…

Hazırda oxunan: Şurnuxu kəndindən yeni XƏBƏR VAR – Köçən ermənilər…

79260

Zəngəzur mahalında yerləşən Şurnuxu kəndinin (Yarısı Azərbaycanın Qubadlı rayonunda, digər yarısı isə Ermənistanın Zəngəzur vilayətində olan kənd) erməni sakinləri Gorus-Qafan magistralına (bu yolun 21 km-i Azərbaycanın nəzarətindədir) alternativ çəkilən yolla hərəkət edə bilmirlər, çünki yolun tikintisi başa çatmayıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın “news.am” saytının müxbirinə müsahibəsində Şurnuxu kəndinin başçısı Akop Arşakyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


“Gorusa getmək üçün biz hələ də M2 yolundan (Gorus-Qafan magistralı) istifadə edirik, Şahverdilərə (Vorotan), sonra isə Xot kəndinə gedirik. Əvvəlki 40 dəqiqə əvəzinə yolda bir saat yarım vaxt sərf edirik”, deyə o, qeyd edib.

Arşakyanın sözlərinə görə, hazırda düşmən (Azərbaycan nəzərdə tutulur) özünü sakit aparır, ola bilsin ki, bu, taktiki səbəblərdəndir. 

O bildirib ki, sakinlər kəndi tərk etmək fikrində deyillər, yalnız evləri düşmən tərəfindən tutulanlar gediblər, amma onlar da öz doğma kəndlərinə qayıtmaq fürsətini gözləyərək Gorusdan uzağa getməyiblər.

“Bununla belə, ciddi problemlər də var. Xəstəxanaya getmək üçün Qafana getmək lazımdır. Kənddə dükan işləyir, amma bərbad yolda kəndə məhsul çatdırmaq olmur. Əksər hallarda bu problemi mağazanın sahibi özü həll edir”.
Xatırladaq ki, 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancılıb və həmin hissə Qubadlı rayonunun tərkibinə daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin