Gəncə məktəblərində “Son zəng” coşqusu - FOTO

Hazırda oxunan: Gəncə məktəblərində “Son zəng” coşqusu - FOTO

79251

Ölkə ərazisində tətbiq olunan karantin rejimi yumşaldıqdan sonra ilk dəfə bu il Gəncə məktəblərində də ənənəvi qaydada “Son zəng” tədbirləri keçirilib. Respiblikanın hər yerində olduğu kimi Gəncə şəhərində də bu həyəcanı böyük coşqu və təmtəraqla qeyd ediblər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncənin 45 ümumtəhsil müəssisələri üzrə 2840 şagird üçün “Son zəng” çalınıb.  

Keçirilən tədbirlərdə əvvəlcə dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Bu özəl gündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının müavinləri, şöbə müdirlər, Milli Məclisin deputatları, habelə idarə, müəssiə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhərin ayrı-ayrı məktəblərində olub, məzunların sevincini bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.  
Qonaqlar çıxışlarında ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildiriblər.  

Natiqlər məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək, onlara yeni-yeni nailiyyətlər arzulayıblar. Sonra məzunlar məktəbə, müəllimə həsr olunan şeir və mahnılar söyləyib, rəqslər ifa ediblər.  

Sonda məzunlar üçün “Son zəng” çalınıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin