Yanvar-may ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 4820 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 3027 məktub araşdırılaraq cavablandırılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 685 hüquq pozuntusu aşkar edib.
Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.
Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:38 / 14.06.2022
Əmək Müfəttişliyi hüquq pozuntularını açıqladı – 4820 şikayət…
Hazırda oxunan: Əmək Müfəttişliyi hüquq pozuntularını açıqladı – 4820 şikayət…
Hazırda oxunan: Əmək Müfəttişliyi hüquq pozuntularını açıqladı – 4820 şikayət…
79238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.