Kəlbəcərdə elektrik cərəyanının vurması nəticəsində həyatını itirən əsgər Əliyarov Riyad Məmməd oğlu sabah dəfn olunacaq.
Mərhumun cənazəsi təxminən 1 saatdan sonra Xudatda ailəsinə təhvil veriləcək.
Bizim.Media-nın yerli bürosunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən əldə etdiyi məlumata görə, R.Əliyarov 2021-ci ilin aprel ayından hərbi xudmətə yollanıb.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həyatını itirib – ÖZƏL/FOTO
O, bu ilin oktyabr ayında tərxis olunmalı idi.
Mərhum əsgərin atası Məmməd Əliyarov Rusiyada işləyir. O, bu gün Azərbaycana qayıdıb, sabah oğlunun dəfnində iştirak edəcək. R.Əliyarov 3 oğlu olan ailənin sonbeşiyi idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu