Ukraynalı səfirdən XƏBƏRDARLIQ: “Rusiya qələbə çalsa, növbəti təhdid Türkiyədir”

Hazırda oxunan: Ukraynalı səfirdən XƏBƏRDARLIQ: “Rusiya qələbə çalsa, növbəti təhdid Türkiyədir”

79222

“Türkiyə indiyədək Ukrayna və Rusiya arasında danışıqları təşkil edə bilən yeganə ölkədir. Ankaranın Ukrayna limanlarından taxıl ixracı ilə bağlı danışıqları təşkil edə biləcəyinə də ümid var”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukrayna”ya açıqlamasında danışıb.

“Bizim üçün ən önəmlisi Türkiyənin bizi dəstəkləməsidir. Sözün həqiqi mənasında,  Rusiya Federasiyası qalib gələ bilməz, çünki Kremlin davam edən təcavüzü bütün regionu, xüsusən də Türkiyəni təhdid edəcək”.

Səfir əlavə edib ki, Türkiyənin Ukraynaya mühüm siyasi və əsaslı praktiki dəstəyi var.

“Türkiyənin beynəlxalq təşkilatlarda danışıqlar prosesinə dəstəyi, ciddi humanitar yardımı, vasitəçilik xidmətləri göz qabağındadır”, deyə o, qeyd edib.

Səfirin sözlərinə görə, hazırda müharibədən sonra Ukraynanı bərpa etmək üçün türk biznesinin cəlb edilməsi imkanları müzakirə olunur.

“Və təbii ki, əsas komponent Ukraynanın bərpasıdır. Biz artıq ölkəmizin yenidən qurulması üçün türk biznesini cəlb etmək imkanlarından danışırıq və həmçinin xəbərdarlıq edirik ki, Rusiya Federasiyası ilə işləyənlərin bizimlə işləmək imkanı olmayacaq”, - o vurğulayıb.

Bodnar Türkiyənin Ukraynayönlü olduğunu və ictimaiyyətin rəğbətinin Kiyev tərəfində olduğunu deyib.

“Ancaq burada Türkiyənin maraqlarını, xüsusən də sanksiyalarla bağlı mövqeyini nəzərə almaq lazımdır. Bizim Rusiya Federasiyası ilə qarşılıqlı fəaliyyət məsələlərində fikir ayrılıqlarımız var, lakin ictimai yerlərdə çətin şeylərdən deyil, diplomatik danışıqlar formatında danışırıq. Biz konstruktiv dialoq qurmağa çalışırıq, mövcud problemləri gizlətmirik, fikir mübadiləsi aparırıq, amma bəzi məsələləri ictimaiyyətə açıqlamırıq. Bizim vəzifəmiz məsələləri və problemləri həll etməkdir, onları ictimai müzakirəyə çıxarmaq vacib deyil”, - deyə səfir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin