Dünyanın ən zəngin insanları dünən 206 milyard dollar itirib - Bloomberg

Hazırda oxunan: Dünyanın ən zəngin insanları dünən 206 milyard dollar itirib - Bloomberg

79200

Dünyanın 500 ən varlı adamı bu il 1,4 trilyon dollar, o cümlədən təkcə dünən 206 milyard dollar itirib.

Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə informasiya Milyarderlər İndeksində yer alıb. 

Mənbə yazır ki, 2021-ci ildə tendensiya tərsinə çevrilib. İnkişaf edən bazarlar zəngin insanların sayını təxminən 8%, o cümlədən Şimali Amerikada 13% artırıb. Asiya-Sakit Okean regionunda isə 4,2% artaraq Avropa və Şimali Amerikadan geri qalıb. Baxmayaraq ki, bu region son on ildə bu göstəricidə üstünlük təşkil edib.

ABŞ, Yaponiya, Çin və Almaniya 64 faizlə dünyanın ən zəngin insanlarının əksəriyyətinin yaşadığı ilk ölkələr sırasında qalır.

Bloomberg yazır ki, aktivləri 30 milyon dollardan çox olan insanlar 2020-ci illə müqayisədə sərvətlərini 9,6% artırıblar. 1 milyon dollardan 5 milyon dollara qədər sərvəti olanlar isə artım 7,8% olub.
Bu il ən çox pul itirən milyarderlər arasında Changpeng Zhao, İlon Mask, Jeff Bezos, Mark Zuckerberg və Bernard Arnault var. Onların 2022-ci ildə ümumi itkisi 345 milyard dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin