"Moskva görüşü ilə bağlı Ermənistan daxilində - istər KİV, istərsə də ayrı-ayrı siyasi xadimlər tərəfindən narahatlığın şahidiyik"
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirdi.
Politoloq əlavə etdi ki, Moskvada keçiriləcək görüş ərəfəsində Ermənistanın müxalifəti və digər şəxslər Paşinyanı tək qoyub:
"Biz Ermənistan prezidenti Armen Sarkisyanın Londona qaçdığını və guya orada koronavirusa yoluxduğunu görməkdəyik. Dünən Armen Sarkisyan Paşinyana müraciət edərək sənəddən xəbərsiz olduğunu, Nikola diqqətli olmağı məsləhət görüb".
Bunu absurd adlandıran Zaur Məmmədov Armen Sarkisyanın əslində bütün məsələlərdən məlumatlı olsuğunu vurğuladı:
"Əslində o, özünü sığortalamaq üçün Londona qaçıb və "Covid-19" bəhanəsi ilə Ermənistana qayıtmır. Ermənistanın müxalifət düşərgəsi Moskva görüşündən narahat olduqlarını ifadə edən bəyanatlar verməkdədir.
Bu görüşün baş tutması Moskva üçün vacibdir. Dəfələrlə bildirmişdim ki, Nikol Paşinyan hakimiyyətdə qalacaq, Putin onu dəstəkləyəcək. Çünki Paşinyan qarant deməkdir".
Paşinyanı 10 noyabr və gözlənilən sazişə zəmanət kimi qələmə verən Zaur Məmmədov Moskva görüşünün gözləntilərindən də söz açdı:
"Bu görüşdə çox güman ki, Zəngəzur vasitəsilə Azərbaycan, Naxçıvan və Türkiyə arasında quru yolun istiqamətləri müəyyənləşəcək. Bu yöndə yəqin ki, Azərbaycan-Rusiya Dəmir Yolları qurumları arasında müqavilə imzalanacaq. Eyni zamanda yeni yolun çəkilişi də müzakirə oluna bilər".
İkinci müzakirə mövzusu kimi Dağlıq Qarabağdakı erməni hərbçilərini göstərən politoloq görüşdə bu terrorçuların bölgədən çıxarılması məsələsinin həllini tapmalı olduğunu qeyd etdi:
"Prioritet olan 3-cü məsələ Dağlıq Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması, orada dövlət strukturlarımızın yaradılması da həllini tapa bilər. Moskvada nəyin olub, olmamasından asılı olmayaraq erməni tərəfi bilməlidir ki, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər azad olunan ərazilər Azərbaycan torpaqlarıdır, onların bu zonalar ilə bağlı heç bir iddiası olmalı deyil''.
Son zamanlar Cənubi Qafqazda geosiyasi, hərbi və iqtisadi inqilab yaşanır deyən Zaur Məmmədov regionda baş verənləri təkcə Qarabağla bağlamadı.
Çünki bölgədə marağı olan güclər yeni xəritə cızmaq fikrindədir.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:27 / 09.01.2021
Paşinyan təklənib, Sarkisyan xəstəlik bəhanəsi ilə Londona qaçıb - ŞƏRH
Hazırda oxunan: Paşinyan təklənib, Sarkisyan xəstəlik bəhanəsi ilə Londona qaçıb - ŞƏRH
Hazırda oxunan: Paşinyan təklənib, Sarkisyan xəstəlik bəhanəsi ilə Londona qaçıb - ŞƏRH
7918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.