"Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi bəlli olacaq

Hazırda oxunan: "Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi bəlli olacaq

79125

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup

Səpələnmişlər:

"Lüdoqorets" (Bolqarıstan), ÇFR (Rumıniya), "Ferentsvaroş" (Macarıstan), "Maribor" (Sloveniya), "Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər:

"Sutyeska" (Monteneqro), "Şaxtyor" (Soliqorsk, Belarus), "Tobol" (Qazaxıstan), "Pünik" (Ermənistan), "Tirana" (Albaniya)

2-ci qrup

Səpələnmişlər:

"Malmö” (İsveç), "Budye Qlimt" (Norveç), HIK (Finlandiya), TNS (Uels), "Jalgiris" (Litva)

Səpələnməmişlər:

“Linfild” (Şimali İrlandiya), "Klasksvik" (Farer adaları), İlkin mərhələnin qalibi, RFŞ (Latviya), "Balikani" (Kosovo)

3-cü qrup

Səpələnmişlər:

"Qarabağ" (Azərbaycan), "Şerif" (Moldova), "Slovan" (Bratislava, Slovakiya), “Linkoln” (Cəbəllütariq), "Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər:

"Zrinski" (Bosniya və Herseqovina), "Lex" (Polşa), "Hibernians" (Malta), "Şkupi" (Şimali Makedoniya), "Dinamo" (Batumi, Gürcüstan).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin