Cənubi Osetiya Rusiyaya birləşdirilir? – Sabah Moskvada GÖRÜŞ OLACAQ

Hazırda oxunan: Cənubi Osetiya Rusiyaya birləşdirilir? – Sabah Moskvada GÖRÜŞ OLACAQ

79062

Moskvada qondarma “Cənubi Osetiya respublikası”nın Rusiyaya birləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rejim "rəhbərinin" mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, görüşdə əsasən "referendum" məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, mayın 30-da indiki “rəhbər” Alan Qaqloyev keçmiş “respublika lideri” Anatoli Bibilovun Rusiyaya birləşmək haqqında referendumla bağlı fərmanını dayandırıb.

Mətbuat xidməti yazır ki, Alan Qaqloyevin başçılıq etdiyi nümayəndə heyəti artıq Moskvaya yola düşüb: “Məsləhətləşmələr sabah, iyunun 14-də baş tutacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin