“10 ildir ki, gözlərimdə olan problemdən əziyyət çəkirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur prodüser Anar Mədətov “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Eynəkdən birdəfəlik azad olmaq üçün prodüser xəstəxanaların birində əməliyyat olunub.
“Qəza keçirmişdim. Sonra eynəkdən istifadə etdim. Eynəkdən azad olmaq istəyirəm. Soyuq havada, çəkilişlərdə mənə problem yaradır. Əməliyyat etdirmək istəsəm də, həkimlər mənə dedi ki, hələ tezdir, bir az gözlə.
Gözlərimdəki problemlə bağlı bir çox həkimlərə müraciət etdim, amma onlar vədlər verib, hərəsi bir avaz oxudu. Amma son müraciət etdiyim həkimim dedi ki tez deyil, əməliyyat oluna bilərsən. Əməliyyatdan sonra rahatlıqla eynəyi kənara qoyacaqsınız. Mən də onun tövsiyəsinə əməl etdim”.
A.Mədətovun hazırkı sağlamlıq vəziyyətini öyrənmək üçün prodüserlə əlaqə saxladıq.
O, açıqlamasında özünü yaxşı hiss etdiyini və əməliyyatdan sonra gözlərindəki görmə probleminin aradan qalxdığını bildirib.
Rəşad Əliyev, Bizim.Media