“Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib. Bütövlükdə, bu arada Azərbaycanın qaz ixracatı 27.0 faiz artıraq 9.4 milyard kub metrə çatıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramlı bildirib. Onun sözlərinə görə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqına mavi qaz ixracatını ən çox artıran ölkə Azərbaycandır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycandan Avropaya qaz təchizatı neçə il davam edəcək? – CAVAB
“Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır.
2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib.
Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir” – deyə Vuqar Bayramlı bildirib.
Surxay Atakişiyev, Bizim.Media