ABŞ-ın hazırkı prezidenti Donald Trampın tvitter hesabı birdəfəlik bağlanılıb.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Tramp əhalini seçkinin nəticəsini tanımamağa və onları yenidən ixtişaşlara səsləyən növbəti tvit paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Donald Tramp “geri döndü”
Səbəkə rəhbərliyi isə “gələcəkdə törədiləcək hadisələrin qarşısını almaq üçün" açıqlamasını verərək Trampın səhifəsini qapadıb.
Qeyd edək ki, ABŞ prezidentinin hesabı 12 saatlıq müvəqqəti dondurulduqdan sonra açılmışdı. Sosial şəbəkə ona sonuncu xəbərdarlıq bildirişi göndərmişdi.
Vüqar Ağamalıoğlu, Bizim.Media