Rusiyaya qarşı koalisiyaya qoşulmaqdan imtina edən ölkələrin adları açıqlandı

Hazırda oxunan: Rusiyaya qarşı koalisiyaya qoşulmaqdan imtina edən ölkələrin adları açıqlandı

78873

“ABŞ prezidenti Co Baydenin administrasiyası neytral ölkələri, o cümlədən Hindistan, Braziliya, İsrail və Fars körfəzinin ərəb dövlətlərini Rusiyaya qarşı durmağa inandırmağa çalışır”. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri yayıb.

Məqalədə deyilir ki, Vaşinqton neytral dövlətlərdən “Rusiyanı təcrid etmək və müharibəyə qəti son qoymaq” üçün Moskvaya qarşı sanksiyalar tətbiq etməyi, diplomatik təzyiq və hərbi dəstək tələb edir.

“İndiyədək onlardan demək olar ki, hər biri digər mühüm təhlükəsizlik məsələlərində Birləşmiş Ştatlarla tərəfdaşlıq etməsinə baxmayaraq, bunu etmək istəyini açıqlamayıb”, - material müəllifləri vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin