ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

78806

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Keren Donfrid iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamenti öz saytında məlumat yerləşdirib. 

Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını təyin etmək hüququnu vurğulayacaq. 
Qeyd olunur ki, o, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu bildirəcək.

Keren  Donfrid iyunun 15 və 16-da Azərbaycanda səfərdə olacaq və  Prezident İlham Əliyev, digər hökumət rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. 

Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini ifadə edəcək, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin inkişafı sahəsində tərəfdaşlığı və investisiyaların qoyulmasının vacibliyini vurğulayacaq.

Bakıdan sonra K.Donfrid Ermənistana və Gürcüstana səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin