“Nişanlımla qohum deyiləm”.
Bizim.Media xəbər verir ki bu sözləri “Zaurla Günaydın” səhər şousunda qonaq olan şair Vüqar Əhmədin qızı müğənni Almaxanım Əhmədli deyib.
“Münasibətimiz birdən-birə olmadı, təsadüfən alındı. 3-4 il çəkdi. Xətaidə 15 il nişanlımla bir-birimizdən xəbərsiz qonşu olmuşuq. Üzbəüz binada yaşamışıq”.
Qeyd edək ki, A.Əhmədli martın 23-də nişanlanıb.
Rəşad Əliyev, Bizim.Media