Krım erməni icması və Rusiya Erməniləri İttifaqı Xersona humanitar yardım gətirib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, iyunun 8-də Krım erməni icmasından və Rusiya Erməniləri İttifaqından (RİB) humanitar yardım partiyası Xersona göndərib.
Məlumata görə, Krım qondarma rejiminin rəhbəri Sergey Aksyonovun dəstəyi ilə erməni icmaları tərəfindən Xerson sakinlərinə 85 tona yaxın humanitar yük göndərilib.
Humanitar aksiyada Krım Respublikasının Regional Erməni Milli Mədəni Muxtariyyəti, Krasnodar diyarı Rusiya Erməniləri İttifaqı və Pyatiqorsk Şəhər Erməni Milli Mədəni Muxtariyyəti İctimai Təşkilatı iştirak edib.
Humanitar yardıma beş min ailə üçün ərzaq paketləri daxildir.
Xerson vilayətinin hərbi-mülki administrasiyası köməyə görə Krım erməni icmasına və Rusiya Erməniləri İttifaqına təşəkkür edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:42 / 11.06.2022
Ermənilər Rusiyanın nəzarətində olan Xersona humanitar yardım göndərdi – VİDEO
Hazırda oxunan: Ermənilər Rusiyanın nəzarətində olan Xersona humanitar yardım göndərdi – VİDEO
Hazırda oxunan: Ermənilər Rusiyanın nəzarətində olan Xersona humanitar yardım göndərdi – VİDEO
78756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.