Dünya futbolunun əfsanəsi Devid Bekhem dostu - futbol məşqçisi Qari Nevilin YouTube-da yayımlanan 29 sual adlı şousunda qonaq olub.
Bizim.Media xəbər verir ki, idmançı həyat yoldaşı Viktoriya Bekhemin onun öskürmək vərdişi olduğundan əsəbiləşdiyini bildirib.
“O xoşlamır. Həmişə bunu etməmişəm. Son 15 ildə elə şeylər olub ki, mənim xoşuma gəlsə də, o bundan qıcıqlanır. Mən çox təmizəm, o isə yox”.
Sonra Bekhem təmizkarlıq məsələsinə belə aydınlıq gətirib:
“Demək istəyirəm ki, mən təmizlik etməyi xoşlayıram, amma o yox. Vikki zaman-zaman çimir”.
Aparıcı da, qonaq da bu zarafata gülərək növbəti mövzulara keçiblər. Uşaqlardan hansının xaraktercə ona daha çox bənzədiyini soruşduqda, Devid diplomatik cavab verdi:
“Mən hər kəsdə öz xüsusiyyətlərimi görürəm. Romeoda - əzmkarlıq, Harperdə - xeyirxahlıq, Bruklində - mülayimlik, qayğıkeşlik. Kruz çox zarafatcıldır və Viktoriyanın dediyi kimi, mən də çox gülməliyəm. Ona görə də məncə, bu xüsusiyyət ona məndən keçib”.
Tərzlə bağlı suallara Bekhemin cavabları maraq doğurub:
“İnsanların görünüşü, saç düzümü, döymələrin hamısının Viktoriyanın təsiri olduğunu düşünür. Əslində, məsələn, dəri kombinezonda çölə çıxmaq və ya təpədən dırnağa denim geyinmək qərarına gələn mən idim. Həmişə modanı sevmişəm”.
Ekstravaqant saç düzümlərindən çox futbolçu başının qırxılmış variantını daha çox sevdiyini bildirib:
"Heç nə etmək lazım deyil”.
Döymələrə gəldikdə isə (idmançının bədənində artıq 81 döymə var) o, uşaqların və Viktoriyanın adını sevdiyini deyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:56 / 11.06.2022
Devid Bekhem arvadını tənqid etdi: "Təmizkar deyil" – FOTO
Hazırda oxunan: Devid Bekhem arvadını tənqid etdi: "Təmizkar deyil" – FOTO
Hazırda oxunan: Devid Bekhem arvadını tənqid etdi: "Təmizkar deyil" – FOTO
78747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.