Beynəlxalq ictimaiyyət Qərb iqtisadiyyatına vurduğu ziyana baxmayaraq, Rusiyaya hər cür təzyiq göstərməkdə davam etməlidir. Nə qədər ki, Avropa Rusiya qazından asılıdır, Kreml təzyiq aləti olaraq qalır. Rusiyanın “Şimal axını-1” qaz kəməri bağlanmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Yaşıllar”dan olan Fransa Senatının üzvü Qiyom Qontar Guildhall -a şərhində bildirib.
"İqtisadiyyatımıza zərər vursa belə, Rusiyaya hər cür təzyiq göstərməliyik. Amma biz bunu həm də enerji sistemimizi və suverenliyimizi bu şəkildə yenidən nəzərdən keçirmək imkanı kimi də görə bilərik - bu, həm müharibəyə, həm də çətin iqlim vəziyyətinə cavab vermək üçün bir yoldur.“Şimal axını-1” boru kəməri bağlanmalıdır, lakin bu, ani nəticələr baxımından həm Avropa, həm də beynəlxalq həmrəyliyi əhatə etməlidir” - siyasətçi bildirib.
Avropa istənilən vaxt Ukraynadan yan keçən qaz kəmərlərindən imtina edə bilər. O vurğulayıb ki, “Şimal axını-1” qaz kəməri Rusiya qoşunları Ukraynadan çıxarılmazdan əvvəl dərhal bağlanmalıdır ki, bu da Rusiyanın Ukrayna ərazisindən qaz nəqlini kəsməyəcəyinə zəmanət verəcək.
Öz növbəsində Britaniya parlamentində Lordlar Palatasının üzvü Mehnad Desai bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Ukrayna sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Avropa İttifaqının istifadə edə biləcəyi və etməli olduğu vasitələrdən biri “Şimal axını”nı dayandırmaqdır. (Unikal)
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:28 / 11.06.2022
Fransadan “Şimal axını-1”-i dayandırmaq TƏKLİFİ
Hazırda oxunan: Fransadan “Şimal axını-1”-i dayandırmaq TƏKLİFİ
Hazırda oxunan: Fransadan “Şimal axını-1”-i dayandırmaq TƏKLİFİ
78706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.