Məlum olduğu kimi, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən ¼ final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Qeyd edək ki, görüşdən sonra meydana çıxan Azərbaycan millisi yarımfinalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.
Komandamız finalda Rumıniya yığması ilə qarşılaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:29 / 11.06.2022
Gənclər və idman naziri milli komandanın üzvləri ilə görüşdü - FOTO
Hazırda oxunan: Gənclər və idman naziri milli komandanın üzvləri ilə görüşdü - FOTO
Hazırda oxunan: Gənclər və idman naziri milli komandanın üzvləri ilə görüşdü - FOTO
78700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.