Azərbaycan “Rossiya Seqodnya”nın iki əməkdaşına İCAZƏ VERMƏDİ

Hazırda oxunan: Azərbaycan “Rossiya Seqodnya”nın iki əməkdaşına İCAZƏ VERMƏDİ

78688

Dövlət Miqrasiya Xidməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması məsələsinə baxılıb.

Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyin tələbləri əsasında bu icazələrin uzadılmasından imtina edib. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.
Adıçəkilən şəxslər barəsində Azərbaycanın hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib.

Bu şəxslər Azərbaycana yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin