Xəstəxanadan evə buraxılan Cəlal Qurbanov: “Beynim silkələnmişdi...” 

Hazırda oxunan: Xəstəxanadan evə buraxılan Cəlal Qurbanov: “Beynim silkələnmişdi...” 

78648

“Həkimlərin ciddi nəzarəti altında xəstəxanada qalmalı oldum. Bir neçə gündür ki, artıq evdəyəm”.  

Bu sözləri Novxanıda at çapan zaman itlərin hücumuna məruz qalaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Qurbanov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

O, hazırda müalicəsini evdə aldığını söyləyib: 

“Başımdan ciddi zədə almışdım. Beynim silkələnmişdi. Çoxsaylı müayinələrdən keçdim. Həkimlərin səyi nəticəsində artıq özümü yaxşı hiss edirəm. Həkimlər dincəlməyi məsləhət görüblər”.  

C.Qurbanov baş verən hadisədə zədə aldığı deyilən çapdığı atdan da söz açıb: 

“Deyirdilər ki, itlər atın ayağını dişləyib. Xeyr, bu yalan informasiyadır. Atın ayağı boşluğa düşdüyündən, o həmin an yıxılmışdı. “Qarabağ” atları dözümlülüyü və gücü ilə seçilir. Bu səbəbdən at xəsarət almayıb. Özünü yaxşı hiss edir”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin