Günayın keçmiş aktyor əri: "83 dollarla həyata yenidən başladım" - FOTO

Hazırda oxunan: Günayın keçmiş aktyor əri: "83 dollarla həyata yenidən başladım" - FOTO

78496

"Mən 83 dollarla həyata yenidən başlamalı oldum".

Bizim.Media xəbər verir ki, bu sözləri 5 ildir ABŞ-da yaşayan türkiyəli keçmiş aktyor, hazırda isə TIR sürücüsü olan Tolqa Karel sosial şəbəkə hesabında yazıb. 

Aktyor ABŞ-a köçdükdən sonra həyatındakı çətinliklərindən söz açıb. 

“Mən bu torpağa gələndə, yalnız bir xəyalım var idi: rahatlıq tapmaq... İflas oldum. Uğursuz oldum, əsas işimi davam etdirə bilmədim. Bank hesabımda cəmi 83 dollarla həyata yenidən başlamaq məcburiyyətində qaldım. Həyat yoldaşım mənə brilliant kimi üç uşaq verdi. Gördüyüm işi bərk-bərk qucaqlayıb, çox çalışdım. Allaha şükür, pulla bağlı narahatlığım yoxdur. Dimdik ayaqdayam. Mənə hər gün başqa bir günü yaşamağa icazə verən Rəbbimə dualar edirəm".

Xatırlada ki, bir müddət əvvəl Tolqa Karel dördüncü dəfə ata olub. O, Sara Skott adlı qadınla evlidir. 

T.Karel 2015-ci ildə azərbaycanlı model Günay Musayevadan boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin