Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib:
"Topla yaxşı oynayırlar. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik".
Samuel Slovak millidəki baş məşqçi istefasından da danışıb:
"Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik".
Bizim.Media

- A-
- A
- A+
İdman
18:57 / 09.06.2022
"Azərbaycan millisi texniki cəhətdən yaxşı vəziyyətdədir" - Samuel Slovak
Hazırda oxunan: "Azərbaycan millisi texniki cəhətdən yaxşı vəziyyətdədir" - Samuel Slovak
Hazırda oxunan: "Azərbaycan millisi texniki cəhətdən yaxşı vəziyyətdədir" - Samuel Slovak
78490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.