Azərbaycan transmilli şirkətlərlə nə zaman dünya arenasına çıxa bilər? – Ekspertin CAVABI

Hazırda oxunan: Azərbaycan transmilli şirkətlərlə nə zaman dünya arenasına çıxa bilər? – Ekspertin CAVABI

78479

Transmilli şirkətlər öz ölkəsindən başqa ən azı bir ölkədə mal və ya xidmətlərin istehsalına sahib olan və ona nəzarət edən korporativ təşkilatdır. 

Azərbaycanın sahib olduğu yeganə transmilli şirkət SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 1992-ci ildən bu yana fəaliyyət göstərir.

SOCAR neftin çıxarılması, daşınması, emalı və istehlakı ilə məşğul olan ən böyük milli şirkətlərdən biri sayılır. SOCAR Gürcüstan, Türkiyə, Ukraynada, eləcə də Moldovada törəmə şirkətlərə sahibdir.

İqtisadçı-ekspert Akif Nəsirli isə hesab edir ki, SOCAR təbii yolla yaranmış transmilli şirkət deyil:

“Transmilli şirkət bir ölkədə formalaşır, qurulur, yaranır və bütün dünyaya yayılır, öz məhsullarını bütün dünyaya təqdim edir. SOCAR isə tam zəruri axarda yaranan bir şirkətdir, yəni onun yaranmasını vacib edən şərt Azərbaycana məxsus təbii sərvətdir. O hansısa bazar uğrunda rəqabət aparmayıb ”.

Ekspertin fikrincə, Azərbaycanda transmilli şirkətin yaranması üçün hələ zamana ehtiyac var.

Dövlətimizin müstəqilliyi cəmisi 31 ildir mövcuddur və kənar qüvvələr tərəfindən yaradılmış xeyli problemlərdən keçib, ona görə bu cür prosesin getməsinə şərait olmayıb:

“İqtisadi azadlıq, mülkiyyətə zəmanət, rəqabət mühiti tam formalaşmayıb. Bazar iqtisadiyyatın tam formada fəaliyyəti üçün real şərait yaranmayıb. Azərbaycanın nəinki transmilli şirkətlər, eləcə də öz yerli tələbatını ödəyəcək qədər məhsul istehsal edən şirkətləri də hələ mükəmməl formalaşmayıb. Bütün bunlar yaxın gələcəyin işidir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin