“Sülh sazişi Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə söykənir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov-Mirzoyan görüşü: Azərbaycan-Ermənistan arasında nizamlanma sənədi...
“Buna cavab olaraq Ermənistan tərəfi öz baxışını irəli sürüb. Bu iki sənəd nəzərə alınaraq proses gedir, hansı ki, biz vasitəçi, məşvərətçi və prinsipcə kömək edən tərəf kimi iştirak etməyə hazırıq” – deyə XİN başçısı qeyd edib.
“Biz çox şadıq ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın təsis iclası baş tutub. Növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır. Biz üç ölkənin liderlərinin razılaşmalarına əsasən, məşvərətçi yardımı göstərməyə, o cümlədən kartoqrafik materialları təqdim etməyə hazırıq. Bu, konkret olaraq bu iş üçün çox vacibdir.
Buna paralel olaraq, Baş nazir müavinlərinin rəhbərlik etdiyi Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup əhəmiyyətli dərəcədə irəli gedib” – nazir bildirib.
Bizim.Media