Bakıda görünməz OLAY – 5 yaşlı uşağın bu orqanı yoxdur

Hazırda oxunan: Bakıda görünməz OLAY – 5 yaşlı uşağın bu orqanı yoxdur

78417

Azərbaycanda 5 yaşlı uşaq qarın boşluğunun Ultrasəs müayinəsindən keçərkən təsadüfən sol böyrəyinin olmaması aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Klinikasının direktoru, radioloq Aydın Əliyev “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə çox vaxt böyrək olur, amma yerində olmur, buna distopiya deyilir:

“İşləyən böyrəyin distopiyasını təyin etmək üçün tətbiq edilən əsas müayinə metodlarından biri İntravenoz Pieloqrafiya-İVP (Ekskretor Uroqrafiya) müayinəsidir. Lakin İVP fəaliyyətsiz böyrəyin distopiyasını göstərmir. İşləməyən böyrəyin distopiyasını USM və MRT müayinələri göstərə bilir. KT müayinəsi həm işləyən həm də fəaliyyətsiz böyrəyin distopiyasını göstərə bilir.

Lakin KT müayinəsində şüalanma çox olduğuna görə uşaqlara çox vacib olduqda tətbiq edilir. Bu uşağı İVP etdik. Sol böyrək aşkar edilmədi. Bu isə sol böyrəyin ageneziyası deməkdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin