“ABŞ Qarabağda öz şirkətləri üçün imkanların artırılmasında maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan multikultural ölkədir və bunu dəstələyirik” – Səfir
Onun sözlərinə görə, hazırda Qarabağda bir neçə ABŞ şirkəti işləyir:
“Biz şirkətlərimiz üçün daha çox imkanlar görmək istərdik. ABŞ şirkətləri xüsusən bərpa olunan enerji mənbələri sahəsində ən yaxşı texnologiyaya malikdir. Onlar ən yaxşı qiymətlərlə mütərəqqi texnologiyalar təklif edə bilər".
Bizim.Media