"Qusar teatrının yerləşdiyi binanın qarşısındakı lövhənin olmaması birbaşa nazirliyin nəzarəti altındadır. Qusar teatrının binası yoxdur, teatr hazırda Mədəniyyət mərkəzinin binasında yerləşir. Bu səbəbdən binanın qarşısında indiyə qədər məlumatlandırıcı lövhə quraşdırılmayıb. Tezliklə Mədəniyyət mərkəzinin qarşısında trafaretin (lövhənin) quraşdırılması məsələsinə baxılacaq".
Bu sözləri Bizim.Media-nın sorğusuna cavab Olaraq Mədəniyyət Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Emin Qasımov deyib.
MÖVZU İLƏ BAĞLI:
Qusar teatrını Mədəniyyət mərkəzində kim gizlədib? – Açıq qalan SUALLAR
Yeni baş rejissor Ləzgi Teatrından niyə narazıdır? – İcra başçısından GÖRÜŞ İSTƏYİR
Onun sözlərinə görə, bütün bölgə teatrları kimi, Qusar Dövlət Ləzgi Dram Teatrının inkişafı da Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Bu il Qusar Dövlət Ləzgi Dram Teatrına Əliyar Əliyevin baş rejissor kimi təyinatı da bunun bir göstəricisidir.
Xatırladaq ki, Qusar Dövlət Ləzgi Teatrı ilə bağlı Bizim.Media bir neçə dəfə yazı hazırlayıb. Yerli icra orqanlarının bu teatra laqeyd münasibətinə də toxunmuşuq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu